İslamiada: Azərbaycan millisi ikinci oyununu da qələbə ilə başa vurdu
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Aut.az xəbər verir ki, yığmamız A qrupunda keçirdiyi ikinci görüşündə Türkiyə seçməsinə qalib gəlib – 19:11.
Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Səudiyyə Ərəbistanını 21:8 hesabı ilə məğlub etmişdi.
