Bakı şəhər birinciliyi başa çatıb
Cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi başa çatıb.
Aut.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 6 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Turnirdə ümumilikdə 172 cüdoçu qüvvəsini sınayıb.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
Son günün medalçılarını təqdim edirik:
Oğlanlar
-66 kq
- Əhməd Rüstəmov (Neftçi İK)
- Məhəmməd Əliyev (Azəri-Cüdo İKİB)
- Fəxri Sahibzadə (DİN İC)
- Kənan Məmmədov (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
-81 kq
- Kənan Məmmədli (Judo Club 2012)
- Əhməd Mehdiyev (Atilla İK)
- Emil Hüseynzadə (Atilla İK)
- Həşim Abbasov (Atilla İK)
-100 kq
- Vidad Əliyev (Judo Club 2012)
- Ramazan Qabibov (ACF Bakı CTM)
- Fərid İsmayılov (Judo Club 2012)
Qızlar
-52 kq
- Leyla Əliyeva (Judo Club 2012)
- Xədicə Namazlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Gülbəniz Kərimli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-63 kq
- Ayan Əliyeva (Neftçi İK)
- Zəhra Hüseynzadə (Xəzri İK)
- Lalə Pənahova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-78 kq
- Əsmər Əliyeva (Neftçi İK)
Yekunda medalların əyarına görə ümumi komanda hesabında Neftçi İK (3-1-1) I, Judo Club 2012 (3-0-1) II, Respublika Kompleks İdman Məktəbi isə (2-0-1) III yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub
