İngiltərəDünya futbolu

“Qarabağ”a qol vuran futbolçu Ançelottidən icazə alıb ki…

“Çelsi”nin və Braziliya yığmasının hücumçusu Estevao sürücülük imtahanından keçmək üçün Karlo Ançelottidən necə icazə aldığı haqda danışıb.

Aut.az xəbər verir ki, Estevao bu barədə “Sky Sports”a verdiyi müsahibədə deyib.

“San-Pauluda milli komanda ilə idik. Hər şey çox gərgin idi! Kluba qayıtmazdan əvvəl çox az vaxtım var idi, ona görə də Braziliyada sürücülük vəsiqəmi almaq istədim.

Karlo Ançelottidən sürücülük imtahanından keçmək üçün mənə bir müddət vaxt verməsini xahiş etdim.

İcazə verdi, imtahana getdim və qayıdanda Ançelotti məni qapıda gözləyirdi. Soruşdu ki, imtahandan keçdin, ya yox… Ona dedim: “Cənab, keçdim, keçdim!”

Daha sonra komanda ilə nahar zamanı Ançelotti dedi: “Hamı dayansın! Xəbərim var… Estevao sürücülük imtahanından keçdi!” Hamı güldü”.

Estevao ÇL-in əsas mərhələsində “Qarabağ”la oyunda (2:2) qol vurmuşdu.

Aut.az