NBA tarixində unikal məğlubiyyət
“San-Antonio”nun basketbolçuları Viktor Uembanyama və Stefan Kasl Milli Basketbol Assosiasiyasının (NBA) adi mövsümdə “Qolden Steyt Uorriors”la oyunda tripl-dabl ediblər.
Aut.az xəbər verir ki, buna baxmayaraq, Texas komandası 120-125 hesabı ilə məğlub olub. Jurnalist Erni Conson bildirir ki, bu, NBA tarixində ilk dəfədir ki, bir komanda iki oyunçusunun 20 xal toplamasına və tripl-dabl etməsinə baxmayaraq məğlub olur.
Qeyd edək ki, Vembanyama “Qolden Steyt”lə oyunda 31 xal, 15 ribaund və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Kasl 23 xal, 10 ribaund və 10 məhsuldar ötürmə edib.
Aut.az
