Donçiçi dəyişən baş menecer qovuldu
“Dallas” klubun baş meneceri Niko Harrisonu qovub.
Aut.az xəbər verir ki, bu barədə klub sahibi Patrik Dyumonun bəyanatında bildirilir. Bəyanatı klubun mətbuat xidməti yayıb:
“Bu qərar oyunçularımıza, tərəfdaşlarımıza və ən əsası azarkeşlərimizə fayda verən çempionluq səviyyəli bir təşkilat qurmaq üçün davam edən öhdəliyimizi əks etdirir”.
Keçən mövsüm Harrison “Dallas”ın ulduzu Luka Donçiçi “Los-Anceles”in basketbolçusu Entoni Devislə dəyişmişdi. Sövdələşmə son onilliklərdə NBA-da ən yüksək səviyyəli müqavilə idi.
Aut.az
