Azərbaycan futbolu

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, iclasda 2-ci Liqanın 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Ağdaş” – “Xankəndi” oyununun fasiləsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.

“Kür-Araz” – “Sheki City” oyununda “Kür-Araz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Göygöl” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilib.

“Göygöl” – “Qaradağ Lökbatan” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Göygöl” komandası 200 manat cərimə edilib.