Ulduzlar Oyununun yeni formatı açıqlandı
Milli Basketbol Assosiasiyası (NBA) 2026-cı il Ulduzlar Oyununun yeni formatını elan edib.
Aut.az xəbər verir ki, Liqanın mətbuat xidmətinin məlumatına görə, yarışlar 2 ABŞ komandası və beynəlxalq oyunçulardan ibarət bir komandanın iştirakı ilə dairəvi turnir formatında keçiriləcək. Hər oyun 12 dəqiqə davam edəcək və hər komandanın tərkibində azı səkkiz oyunçu olacaq.
İştirakçılar ənənəvi qaydada seçiləcək: hər konfransdan 5start oyunçusu azarkeşlərin (50%), hazırkı basketbolçuların (25%) və medianın (25%) səsverməsi ilə müəyyən ediləcək. 7 ehtiyat oyunçu isə məşqçilərin seçimi ilə təyin olunacaq. Bu il oyunçular mövqelərindən asılı olmayaraq seçiləcək, 2ABŞ komandasına bölgü isə sonradan açıqlanacaq.
Əgər səsvermə nəticəsində minimum 16 amerikalı və 8 beynəlxalq oyunçu toplanmasa, NBA komissarı Adam Silver bu sayın təmin olunması üçün əlavə oyunçular daxil edəcək.
Ulduzlar Oyunu 2026-cı il fevralın 15-də “Los-Anceles Klippers”in ev arenasında keçiriləcək.
Aut.az
