Azərbaycanlı futbolçu Rusiyada son turun rəmzi yığmasına seçildi
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.
Aut.az xəbər verir ki, “Zenit”də çıxış edən müdafiəçimiz sonuncu – 26-cı turdakı performansına əsasən rəmzi komandaya seçilib.
Nigarın komandası son turda səfərdə ÇSKA ilə matçda fərqləndirilib. Start heyətində yer alan millimizin üzvü 70-ci dəqiqədə əvəzlənib.
Mirzəliyeva daha əvvəl 8, 10, 13 və 17-ci turların rəmzi komandasına da düşmüşdü.
Qeyd edək ki, “Zenit” 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub.
