Digər

Azərbaycan karateçisi finala yüksəldi

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Aut.az xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində həlledici görüşə vəsiqə qazanıb.

İrina Zaretska yarımfinalda ekvatorial qvineyalı rəqibi Anne Coralie Keitanı 6:3 hesabı ilə məğlub edib. O, finalda Eda Eltemurla (Türkiyə) üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı 67 kq çəki dərəcəsində təmsil edən Nuran Rzazadə isə1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) 0:2 hesabı ilə məğlub olub.