Digər

Ulduz idmançını bu adada qarət etdilər

Fransanın ulduz biatlonçusu Erik Perro İspaniyanın Kanar adalarının Tenerife şəhərində qarət edilib. Onun kamerası oğurlanıb.

Aut.az xəbər verir ki, bu barədə “Sport.de” məlumat yayıb.

Perronun dediyinə görə, oğurlanmış avadanlıqlar arasında adada ilk bir neçə gün ərzində bütün videogörüntüləri özündə əks etdirən yaddaş kartı da olub.

“Biz fantastik vizuallarla gözəl epizod təqdim etməyə ümid edirdik. Ona görə də bu, bir az məyusedici oldu”, – fransız bildirib.

Xatırladaq ki, 24 yaşlı Perro İsveçrənin Lenzerheyde şəhərində keçirilən cari dünya çempionatında fərdi qarışıq və qarışıq estafet yarışlarında qızıl medal qazanıb. O, həmçinin 2024-cü il Dünya Çempionatında qarışıq estafetin qalibi olub.

Aut.az