Tokayev onu ordenlə təltif etdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tennisçi Yelena Rıbakinanı WTA finalında qələbəsi münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, Rıbakina kubok uğrunda həlledici görüşdə belaruslu Arina Sobolenkonu 6:3, 7:6 hesabı ilə məğlub edib.
“Siz tennis ilinə mahiyyətcə yekun vuran bu mötəbər turnirdə müstəsna bacarıq və qalib gəlmək üçün sarsılmaz iradə nümayiş etdirdiniz. Qazaxıstanın və dünya tennisinin tarixində qalacaq bu möhtəşəm nailiyyət münasibətilə səmimi təşəkkürümü və ürəkdən təbriklərimi bildirirəm.
Bu idman zəfəri münasibəti ilə və ölkəmizdə tennisin populyarlaşmasına və xalqımızın inkişafına verdiyiniz mühüm töhfəyə görə sizi 3-cü dərəcəli “Barıs” ordeni ilə təltif edirəm. Sizə cansağlığı, Qazaxıstan Respublikasının rifahı naminə yeni idman nailiyyətləri arzulayıram”, – prezidentin təbrikində deyilir.
Aut.az
