Azərbaycan futbolu

Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər

Bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunun “Qarabağ” – “Neftçi” matçı baş tutacaq.

Aut.az xəbər verir ki, Azərbaycan derbisi tarixində ilk oyunun baş hakimi Rüstəm Rəhimov olub.

O, ilk mövsümün hər iki matçını idarə edib. Əvvəlki çempionat derbilərini 30 hakim idarə edib. Əliyar Ağayev hamıdan çox – 13 derbidə fit çalıb.

Fariz Yusifovla Xaqani Məmmədov hərəyə 9 belə matç keçirib.

Derbilərdə iki ata-oğul baş hakim olub. Gülağa Cabarovla Rauf Cabarov (hərəsi 2), Rövşən Əhmədovla Rəşad Əhmədov (müvafiq olaraq 8 və 3).