Çempionlar Liqası

Qrizmanndan sonra ÇL-də bunu bacaran ikinci futbolçu oldu

UEFA Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Bavariya” səfərdə PSJ-ni 2:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Matçın həm qəhrəmanı, həm də antiqəhrəmanı Münhen klubunun kolumbiyalı vingeri Luis Dias olub. O, Çempionlar Liqasının tarixində bir oyunda iki qol vurub, həm də qırmızı vərəqə alan ikinci futbolçu kimi yadda qalıb.

28 yaşlı futbolçu Paris klubunun qapısına iki dəfə yol tapıb, lakin ilk hissənin sonunda qayda pozuntusuna görə meydandan qovulub. Bu, turnirin tarixində ikinci belə hadisədir.

Oxşar hal 2021-ci ilin oktyabrında baş verib. “Atletiko” – “Liverpul” (2:3) oyununda Antuan Qrizmann da iki qol vurmuş, lakin ikinci hissədə qırmızı vərəqə almışdı.

Aut.az