Tanınmış idmançı karyerasını baş vurdu
Tanınmış portuqaliyalı velosipedçi Rui Kosta 39 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə onun komandasının – “EF Education EasyPost”un mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı karyerasının son iki ilini bu komandada keçirib. O, həmçinin “Movistar”, “Intermarche Wanty” və “Lampre” komandalarında çıxış edib.
Kostanın ən böyük karyera uğuru 2013-cü ildə sensasiyalı dünya çempionluğudur. O, həmçinin üç dəfə İsveçrə turunun qalibi olub (2012, 2013 və 2014-cü illərdə). Rui dörd “Grand Tour” mərhələsini də qazanıb.
Aut.az
