Çempionlar Liqasının 4 favoriti: Ançelottinin versiyası
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının hazırkı favoriti ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, “Tuttosport” Ançelottidən sitat gətirib:
“Bu turnirin adi favoritləri var: “Real Madrid”, PSJ, “Mançester Siti” və “Bavariya”. İlk turlarda böyük hesablı matçlar, eləcə də gözlənilməz nəticələr gördük ki, bu da marağımızı itirməməyə səbəb oldu. Yarışmanın daha maraqlı olması üçün qrup mərhələsi genişləndirildi. Bunu qəbul etməliyik”.
Çempionlar Liqasının ümumi mərhələsinin üç turundan sonra PSJ doqquz xalla birinci, “Bavariya” ikinci (9), “Real” beşinci (9), “Mançester Siti” isə yeddinci (7) yerdədir.
Aut.az
