İspaniya

Ərəblər Salahdan əl çəkmirlər: Fantastik maaş və görün nələr təklif edirlər

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah hələ də Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir.

Aut.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

Mənbənin məlumatına görə, Salahın əlində artıq Səudiyyə Ərəbistanı klublarından illik 170 milyon avro (təxminən 150 milyon funt) maaş təklifləri var. Bu göstərici ilə ondan çox yalnız “Əl-Nəsr” klubunun futbolçusu Kriştiani Ronaldo qazanır. O, ildə 200 milyon avro maaş alır.

Nəhəng məvaciblə yanaşı, Salah klublardan səhmlərin müəyyən hissəsini və Səudiyyə Ərəbistanının turizm səfiri statusunu da təklif kimi alıb.

Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri 45 milyon avro təşkil edir. Keçən həftə futbolçu sosial şəbəkələrdə “Liverpul”la bağlı bütün paylaşımları silib ki, bu da bir çoxları tərəfindən gələcəkdə komandadan ayrılmaq niyyəti kimi qiymətləndirilib.

Aut.az