Dünya futboluİtaliya

İbra ilə Eto’Onun yerdəyişməsi necə baş verib? – Materatsi illər sonra açıqladı

“İnter”in keçmiş futbolçusu Marko Materatsi keçmiş komanda yoldaşı Zlatan İbrahimoviçlə münasibətindən danışı.

İtaliyalı müdafiəçi və isveçli forvard 2006-2009-cu illərdə “qara-göylər”də çıxış edib, bundan sonra forvard “Barselona”ya keçib.

Aut.az xəbər verir ki, Metartsi bu barədə “Okko Sport”a müsahibəsində danışıb.

– Zlatan İbrahimoviç bir dəfə demişdi: “Yuventus”da olanda “İnter”ə qarşı oyunumuz var idi. Marko Materatsi mənə qatil kimi gəldi və mən bunu yaxşı başa düşdüm. O, sərt oyunçu idi, amma bu normaldır”. Marko, futbolçu kimi özünü necə qiymətləndirirsən?

– Məncə, Zlatan da əsl döyüşçü, əla qol vuran, yaxşı oyunçu, çempiondur. Amma o, dünya çempionu deyil, mən isə dünya çempionuyam.

-Zlatanla münasibətiniz necə  idi?

-O, mənim komanda yoldaşım idi. Mən ona minnətdaram, çünki birlikdə üç dəfə A Seriyasını qazandıq. Sonra yollarımız ayrıldı. Ümid edirəm ki, o, karyerasından, həyatından razıdır. Özüm üçün deyə bilərəm ki, mən yaşadığım həyatdan razıyam.

– O, Joze (Mourinyo) və komanda yoldaşlarına “İnter”in onsuz bir kubok qazana bilməyəcəyini deyəndə, Zlatana münasibətiniz necə oldu?

– Yadımdadır, biz Pasadenada, “Rose Bowl”da idik. Və o, Barselonaya getmək istəyirdi, qərarlı idi. Mourinyo dedi ki, yaxşı, sən gedə bilərsən, sənsiz hər şeyi qazanacağıq, görərsən. 10 ay sonra isə Samuel Eto’O ilə trebl etdik. Bunun üçün Zlatana təşəkkür etmək istəyirəm, çünki o, “Barselona”ya getdi və bizə Samueli verdilər. Eto’O bu komandanın ən yaxşı oyunçularından biri idi. Və o, ardıcıl iki trebl qazandı! Mənim üçün o, əsl əfsanədir.

– Klub trebl qazanandan sonra “İnter”dən Zlatana kimlərsə yazdı?

– Xeyr. Bizdə buna ehtiyac yox idi. “Barselona”da o, Messi, Anri və bir çox əfsanəvi oyunçularla bir yerdə oynayıb. Məncə, o, “Barselona”da oynayaraq yaxşı təcrübə qazanıb. Amma Zlatan Çempionlar Liqasını qazana bilmədi. Bunu əldə etmək bizə qismət oldu.

– Və Joze Zlatanın “İnter”dən ayrılmağı planlaşdırdığını biləndə, ümumiyyətlə, onu dayandırmağa çalışıb? Yoxsa o vaxta qədər Zlatanın mütləq gedəcəyi bəlli idi?

– Joze bütün oyunçularını sona qədər sevir və dəstəkləyir. Ancaq Zlatan ayrılmaq istədiyini deyəndə – problem yoxdur, o zaman bizə ehtiyacınız yoxdur. Və sonra dərhal Eto’O’ variantına keçdi və ona inandı. Joze Samuellə “İnter”ə keçməmişdən əvvəl də əlaqə saxlamışdı. Mən də işə qarışdım, ona mesajlar göndərdim ki, “sən bizə lazımsan, gəl”. Gülməli idi ki, o mənim nömrəmi bilmirdi, ona görə də Albertiniyə üz tutub soruşub ki, bu, doğrudan da, Markonun nömrəsidir? Albertini “Bəli, bu Marko Materatsinin nömrəsidir” deyib.

Sonra Samuel yazdı: “Yaxşı, mən sənin yanına gəlirəm”.

Aut.az