Azərbaycan futbolu

Kurban Berdiyev: “Kuboku qazanmağa çalışacağıq”

“Turan Tovuz” Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Dinamo”nu məğlub edərək 1/8 finala yüksəlib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik.

– Kubokda hədəfiniz nədir?

– Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.

– İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz?

– Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.