Azarkeşləri aparan avtobus aşdı
Braziliyanın “Flamenqo” klubunun azarkeşlərini daşıyan avtobus Rio-de-Janeyronun mərkəzində qəzaya uğrayıb və aşıb.
Aut.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.
Azarkeşlər Libertadores Kubokunun yarımfinal mərhələsinin ikinci oyunu üçün Buenos-Ayresə, yerli “Rasinq” klubuna qarşı matça gedirdilər.
Hadisə nəticəsində 4 sərnişin ağır, 10 nəfər orta, 32 nəfər isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün vəziyyəti son dərəcə ağırdır.
Bildirilir ki, qəzadan əvvəl avtobusda azarkeşlər arasında oğurluq səbəbindən dava düşüb.
Aut.az
