Konfrans Liqası

Yarıda qalmış avrokubok matçında “Riyeka” sevindi

Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turunun təxirə salınmış “Riyeka” (Xorvatiya) – “Sparta” (Çexiya) oyunu bu gün qaldığı yerdən davam etdirilib.

Aut.az xəbər verir ki, xorvatlar bu oyunun yekununda 1:0 hesablı qələbəyə seviniblər.

Matçdakı yeganə qolu Adu Adjey vurub.

Xatırladaq ki, bu qarşılaşma ötən gün keçirilsə də, əlverişsiz hava şəraiti səbəbindən ikinci hissəsi bu günə təxirə salınmışdı.