PSJ ÇL-in tarixinə düşdü: Rekord qırıldı
UEFA Çempionlar Liqasının 3-cü turunda PSJ “Bayer Leverkuzen” komandasını 7:2 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, bu qarşılaşma Luis Enrikenin komandası üçün tarixi olub. Fransa klubu turnirdə bir təqvim ili ərzində vurulan qolların sayına görə rekord qırıb. Bu barədə Statsdufoot məlumat yayıb.
“Bayer”lə görüş də daxil olmaqla, parisli futbolçular 2025-ci il ərzində ÇL-də 39 qol vurublar. Bununla da onlar 2002-ci ildə 38 dəfə fərqlənən “Mançester Yunayted”in rekordunu təzələyiblər.
PSJ bu il Avropa turnirində “Bavariya”, “Tottenhem” və “Atletik” Bilbaoya qarşı daha üç oyun keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında üç turdan sonra Fransa klubu 9 xalla turnir cədvəlinə başçılıq edir.
Aut.az
