Dünya futbolu

Neymar çıxılmaz durumda: Cəmi iki variantı var

“Santos”un braziliyalı hücumçusu Neymar, DÇ-2026-ya gedəcək heyətdə yer almaq şansını artırmağa kömək edəcək yüksək profilli transferə ümid edir.

Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Ancaq mənbənin məlumatına görə, 32 yaşlı futbolçuya Avropa komandaları tərəfindən heç bir maraq yoxdur. Bu vəziyyətdə oyunçu karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir: “Santos”la müqaviləsini uzatmaq və ya “İnter Mayami”də Lionel Messi və Luis Suaresə qoşulmaq.

Xatırladaq ki, Neymar sonuncu dəfə sentyabrın 14-də meydana çıxıb. O vaxtdan zədəlidir. O, “Santos”a qayıtdıqdan sonra klubda 21 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalının hazırda 33 yaşı var.

Aut.az