Dünya futbolu

Bu riski nəzərə almalıyıq, başqa seçimimiz yoxdur- Arda Turan

“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasında “Legiya”ya uduzduqları oyundan sonra futbolçuların durumu ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, mütəxəssisin sözlərini Donetsk mətbuat xidməti yayıb.

“Əlbəttə, oyunçular yorula bilər, bu tamamilə təbiidir, çünki şərait çox çətindir. Ölkədə müharibə gedir və mən bunu bəhanə kimi istifadə etmək istəmirəm, amma peşəkar futbolçu, idmançı üçün belə şəraitdə və uzun səfərlərdən sonra yaxşı çıxış etmək son dərəcə çətindir.

“Polesiye” bununla üzləşdi, “Dinamo” da bununla üzləşir, biz də. Bu amillərin təsirini minimuma endirməyə çalışırıq, lakin bu riski nəzərə almalıyıq. Sadəcə olaraq, başqa seçimimiz yoxdur”, – Turan deyib.

İki turdan sonra Donetsk komandası üç xal qazanaraq Konfrans Liqasının turnir cədvəlində 17-ci yeri tutur.

Aut.az