İngiltərə

Con Terrinin son arzusudur: Bu klubu çalışdırmaq

Con Terri bir gün “Çelsi”nin baş məşqçisi olmağı xəyal edir.

Aut.az xəbər verir ki, “Çelsi”nin keçmiş müdafiəçisi bu barədə sosial şəbəkədə videomüraciətində deyib:

“İtirdiyim tək şey “Çelsi”nin baş məşqçisi olmaq fürsətidir. Bu mənim ən böyük arzumdur. Mən “Çelsi”də futbolçu kimi hər şeyə nail olmuşam.

Düşünürəm ki, çox yaxşı baş məşqçi olaram. 22 ildən sonra karyeranı bitirəndə, məşqçi olmaq üçün kifayət qədər öyrənmiş olursan.

Mən paltardəyişmə otağında və komandada olduğum kimi lider olmaq istərdim. 22 il bunu etmişəm və bunu bacara biləcəyimi bilirəm. Nə vaxtsa bu fürsəti əldə edə biləcəyəmmi?”, – Terri deyib.

Terri üç mövsüm “Aston Villa”da baş məşqçi köməkçisi kimi çalışıb. Daha sonra “Lester”də məşqçi  və “Çelsi”də isə gənclər komandasında çalışıb.

Aut.az