Şübhələnməyə başlayıb
“Atletiko”nun argentinalı hücumçusu Yulian Alvares klubun layihəsi barədə şübhəyə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
25 yaşlı forvard düşünür ki, əgər “Atletiko”nun kuboklar uğrunda real şansı yoxdursa, komandadan ayrılmaq daha düzgün olardı. Çempionlar Liqasında “Arsenal”a 0:4 hesablı ağır məğlubiyyət onun tərəddüdlərini daha da artırıb.
Futbolçunun vəziyyətini “Barselona” izləyir. Kataloniya klubu Alvaresdə hücumu gücləndirəcək ideal variant görür.
Cari mövsümdə o, 11 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına əsasən, futbolçunun dəyəri 100 milyon avrodur.
Aut.az
