“Şəmkir” Vüqar Nadirovla yollarını ayırdı
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.
Aut.az xəbər verir ki, O, liqanın 6-cı turu çərçivəsində dünən evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
