Azərbaycan futbolu

Zubir Mahir Emrelini geridə qoydu

Azərbaycan Premyer Liqasının 8-ci turu Abdullah Zubir üçün əlamətdar olub.

Aut.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

1    Nazim Əliyev    183
2    Müşfiq Hüseynov    125
3    Rövşən Əhmədov    116
4-5    Qurban Qurbanov    115
Samir Ələkbərov    115
6    Alay Bəhramov    108
7    Nadir Nəbiyev    103
8-9    Xaqani Məmmədov    102
Vadim Vasilyev    102
10    Kənan Kərimov    101
11    Musa Qurbanov    94
12    Fazil Pərvərov    89
13    Samir Musayev    88
14-15    Fərrux İsmayılov    85
İmamyar Süleymanov    85
16    Samir Əliyev    84
17    İsmayıl Məmmədov    76
18    İlham Məmmədov    74
19    Azər İsayev    73
20    Paşa Əliyev    72
21    Badri Kvaratsxeliya    71
22    Zaur Ramazanov    70
23    Filip Ozobiç    67
24    Yunis Hüseynov    66
25-26    Vidadi Rzayev    65
Mahir Əliyev    65
27    Rauf Əliyev    63
28-30    Mahmud Qurbanov    61
Ramiz Məmmədov    61
Georgi Adamiya    61
31    Mahir Emreli    59
32    Rəşad Abdullayev    58
33    Davit Volkov    56
34    Vaqif Cavadov    53
35    Amil Yunanov    52
36-37    Riçard Almeyda    51
Həsən Abdullayev    51
38-42    Viktor İqbekoyi    50
Vüqar Qəmbərov    50
Mehman Baxışov    50
Yalçın Bağırov    50
Abdullah Zubir    50
Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.