Formula 1

Mik Şumaxerin dostu Mayklın tibb bacısını zorlayıb: Şok ittiham

Avstraliyalı yarış sürücüsü, Mik Şumaxerin dostu yeddiqat dünya çempionu Mixael Şumaxerin tibb bacısına təcavüz etməkdə ittiham olunur.

Aut.az xəbər verir ki, bu barədə “24heures.ch” məlumat yayıb.

Hadisənin 2019-cu ildə Şumaxerlərin İsveçrədəki evində baş verdiyi bildirilir. Həmin ilin noyabrda təqsirləndirilən şəxs və zərərçəkmiş 7 qat dünya çempionunun evində spirtli içki qəbul edərək bilyard oynayıblar. Huşunu itirəcək qədər sərxoş olan qadın, Mikin dostu tərəfindən ikinci mərtəbədəki yataq otağına aparılıb və qısa müddət sonra avstraliyalı sərxoş vəziyyətindən istifadə edərək ona cinsi təcavüz edib.

Bu iş üzrə ilk məhkəmə iclası oktyabrın 15-nə təyin edilsə də, mənbənin sözlərinə görə, təqsirləndirilən şəxslə əlaqə saxlanılmayıb.

Təqsirləndirilən şəxsin adı açıqlanmasa da, onun dopinqə görə diskvalifikasiya olunmuş avstraliyalı sürücü olduğu məlum olub. Ehtimal edilir ki, o, Mik Şumaxerlə birlikdə yarışmış avstraliyalı sürücü Coui Mouson ola bilər.

Aut.az