Digər

Dördqat olimpiya çempionu 25 yaşında karyerasını başa vurdu

Dördqat olimpiya çempionu və eyni sayda dünya çempionu avstraliyalı üzgüçü Ariarne Titmus karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 25 yaşlı idmançının son turniri Paris-2024 Yay Olimpiya Oyunları olub.

“Bu qərarı vermək çətin idi, amma indi özümü rahat hiss edirəm. Üzgüçülüyü çox sevirəm, lakin idmandan bir qədər uzaqlaşdıqdan sonra həyatımda indi üzgüçülükdən daha vacib şeylərin olduğunu başa düşdüm.

Karyeram boyu ya hər şey, ya heç nə prinsipi ilə yaşadım. Elə bu yanaşma məni bu səviyyəyə gətirdi. Amma Paris Oyunlarına hazırlıq dövrü mənim üçün dönüş nöqtəsi oldu. Sağlamlıq problemləri yaşadım və bu, mənəvi cəhətdən çox çətin idi. O vaxt ilk dəfə üzgüçülükdən başqa şeylər barədə düşündüm.

Həmişə yarışlara qayıtmaq niyyətim olub, Parisin son Olimpiadam olacağını isə heç vaxt ağlıma gətirməmişdim,” – deyə Titmus bildirib.