“Atletiko”nun əfsanəsi işsiz qaldı
“Real Sarqosa” baş məşqçi Qabi ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, “Atletiko Madrid”dəki çıxışları ilə tanınan və komandanın kapitanı olan 42 yaşlı mütəxəssis Sequndada uğursuz nəticələr seriyasından sonra komandadan ayrılıb. Klub rəhbərliyinin qərarına səbəb son turda “Almeriya”ya 2:4 hesabı ilə məğlubiyyət olub. Bu nəticə rəhbərlik üçün son damla sayılıb və Qabi ilə komandanın inkişaf perspektivi qalmadığı düşünülüb.
O, bu ilin martında “Sarqosa”ya baş məşqçi təyin olunub və komandanın başında 20 oyun keçiib. 5 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 9 məğlubiyyət alıb.
Aut.az
