Voleybol

Rusiyalı voleybolçuya İstanbulda 13 tikiş atıldı

İstanbulun “Vakıfbank” klubunun rusiyalı voleybolçusu Marina Markova zədələnib.

Aut.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Neslihan Dəmir məlumat verib.

“Marinaya 13 tikiş atıldı. Hadisə məşq zamanı baş verib. Ümid edirəm ki, hər şey yaxşı olar – heç kimə zədə arzulamazdım, amma təəssüf ki, belə şeylər olur – belə hallar olmayan idman yoxdur”, – baş məşqçi deyib.

Bundan əvvəl “Vakıfbank” Türkiyə Superkubokunun finalında “Fənərbağça”ya uduzub (2:3).

Aut.az