Azərbaycan millisinin baqajı Polşada itib? – ŞOK İDDİA
Azərbaycan millisinin baqajı 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə oyuna yollanarkən itib.
Aut.az xəbər verir ki, bu barədə polşalı jurnalisti Pyotr Slonka məlumat yayıb.
Mənbənin sözlərinə görə, milli komanda Krakov şəhərinə (Polşa) baqajsız çatıb və bu səbəbdən vaxtında məşqlərə başlaya bilməyib.
Oyun oktyabrın 13-də keçiriləcək. Azərbaycan 3 oyundan 1 xal toplayaraq D qrupunda sonuncu, 4-cü pillədə qərarlaşıb. 3 oyundan 4 xalı olan Ukrayna isə 2-ci yerdədir.
Aut.az
