Dünya futbolu

Mbappe Yamal haqda görün nə dedi

“Real”ın hücumçusu Kilian Mbappe “Barselona”nın vingeri Lamine Yamal haqqında danışıb.

Aut.az xəbər verir ki, onun fikrincə insanlar 18 yaşlı ulduzun futboldankənar həyatını həddindən artıq müzakirə edirlər:

“İnsanlar onun şəxsi həyatı haqqında çox danışırlar. Məncə, onu tək qoymalıdırlar. O, meydanda əla oyunçudur, amma real həyatda o, sadəcə 18 yaşındadır”.

Bu mövsüm Yamal bütün yarışlarda 5 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 200 milyon avrodur.

Aut.az