İngiltərə

Onun qovulması an məsələsidir: Skoulz iddia edir

Pol Skoulz Ruben Amorimin “Mançester Yunayted”dən ayrılmasının sadəcə zaman məsələsi olduğunu deyib.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi bu barədə İngiltərə mətbuatına danışıb:

“Düşünürəm ki, Ruben Amorimlə bağlı vəziyyət o həddə çatıb ki, biz artıq məşqçiləri işdən çıxarmaq barədə daim danışmaq istəmirik, “Mançester Yunayted” onlara həqiqətən kifayət qədər vaxt verir.

O, azarkeşlər tərəfindən heç vaxt təriflənməyəcək. Və yalnız “Brentford”la oyundan sonra (1:3) mən düşündüm: “Ona bəlkə də çox vaxt verirlər”.

Deyəsən, hər şeyin bitməsi yalnız vaxt məsələsidir”.

Mankunianlar Premyer Liqanın 7 turundan sonra 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Aut.az