Voleybol

lll MDB Oyunları: Azərbaycan millisi üçüncü oldu

Azərbaycanın voleybol üzrə qızlardan ibarət U-15 millisi III MDB Oyunlarında 3-cü yeri tutub.

Aut.az xəbər verir ki, yığma bu gün Özbəkistan millisinə qalib gəlib.

Oyun 3:1 hesabı ilə başa çatıb və beləliklə, Azərbaycan millisi lll MDB Oyunlarında bürünc medal qazanıb.

Qeyd edək ki, lll MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən voleybol yarışının finalında Rusiya və Belarus yığmaları qarşılacaq.