III MDB Oyunları: Azərbaycan avarçəkənləri ikinci medalı qazanıblar
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.
Aut.az xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.
