Top-5 liqada ən “qoca” komanda hansıdır?
“Napoli” Avropanın top 5 liqasında ən yaşlı komandaya sahibdir.
Aut.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesabatına əsasən, bu mövsüm “Napoli” klubunun futbolçularının orta yaşı 29,56-dır.
Bu göstərici üzrə ilk 5-liyə həmçinin “Rayo Valyekano” (29,50), “İnter” (29,35), “Ovyedo” (28,61) və “Osasuna” (28,57) daxildir.
“Strasburq” top-5 liqadakı klublar arasında ən gənc heyətə sahibdir (21,45). PSJ ikinci (24,09), “Parma” isə üçüncüdür (24,26). “Çelsi” (24,36) və “Tuluza” (24,38) də bu göstəriciyə görə ilk 5-likdədir.
Aut.az
