Digər

III MDB Oyunları: Azərbaycan təmsilçisi gümüş medal qazandı

Azərbaycan III MDB Oyunlarında daha bir gümüş medal qazanıb.

Aut.az xəbər verir ki, üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.

O, 800 metr məsafəyə sərbəst üsulla üzməkdə uğurlu çıxış edib. Rusiyalı Aleksandr Filipets qızıl, onun həmyerlisi Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.