Tramp DÇ-2026-ya ev sahibliyi edəcək şəhərləri dəyişə bilər: Əgər…
ABŞ prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatına ev sahibliyi edən bəzi şəhərləri “bir az da təhlükəli” olsa, dəyişə bilər.
Aut.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə Oval kabinetdə çıxışı zamanı bildirib.
Hazırda ABŞ-da 11 ev sahibi şəhər var: Sietl, San Fransisko, Atlanta, Boston, Dallas, Hyuston, Los Anceles, Kanzas Siti, Mayami, Nyu-York, Filadelfiya.
Mexiko, Qvadalaxara və Monterrey Meksikada matçlara ev sahibliyi edəcək. Kanadada Vankuver və Toronto matçları qəbul edəcək.
Donald Trampın dünya çempionatına ev sahibliyi edəcək şəhərlərdə dəyişikliklərə birbaşa təsir etmək səlahiyyəti yoxdur, lakin ABŞ prezidentinin FİFA prezidenti Canni İnfantino ilə yaxın münasibəti var.
Aut.az
