Kateqoriyasız

Türkiyə nəhəngi onu yaxşı məbləğə satmaq istəyir: Bunun üçün görün nə edirlər

Türkiyənin “Trabzonspor” klubunda çıxış edən Arseni Batakov mövsümün sonunda komandadan ayrıla bilər.

Aut.az xəbər verir ki, bu barədə “61SAAT” portalı məlumat yayıb.

Baş məşqçi Fatih Tekke 23 yaşlı ukraynalı müdafiəçinin inkişafından məmnundur və onun cari mövsümdə daha da güclənəcəyini düşünür. Klub prezidenti Ertuğrul Doğan isə Batakovun həm lider, həm də “Trabzonspor”un əsas gəlir mənbələrindən biri olduğunu bildirib. O, ukraynalı futbolçunun yay transfer pəncərəsində yaxşı məbləğə satıla biləcəyinə inanır.

Məlumata görə, Batakov üçün xüsusi fiziki dözümlülük və oyun formasını artırmaq proqramı tətbiq olunur. Müdafiədə təcrübəli oyunçu Stefan Saviçlə yanaşı çıxış etməsi də gənc futbolçunun inkişafına birbaşa təsir göstərir.

Türkiyə mətbuatı qeyd edir ki, onun gündən-günə artan effektivliyi klub üçün həm investisiya, həm də gələcəkdə sərfəli transfer imkanı kimi dəyərləndirilir.

Cari mövsümdə Batakov Superliqada 6 oyun keçirib. Onun “Trabzonspor”la müqaviləsi 2028-ci ilin iyununda başa çatır, transfer dəyəri isə 4,5 milyon avro olaraq göstərilir.

Aut.az