Azərbaycan millisinin üzvü Türkiyə klubunda
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fidan Cəfərova karyerasını Türkiyədə davam etdirəcək.
Aut.az xəbər verir ki, müdafiəçi “Hakkarigücü”nə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cəfərova ilə 1 illik müqavilə imzalanıb.
Futbolçu son olaraq “Neftçi”də forma geyinib.
