İspaniyaDünya futbolu

Qadınlar arasında “Qızıl top”u o qazandı: Ardıcıl üçüncü dəfə

“Barselona”nın və İspaniya millisinin futbolçusu Aytana Bonmati ardıcıl üçüncü dəfə 2025-ci ilin qadın “Qızıl top”unun sahibi olub.

Aut.az xəbər verir ki, qadın futbolunda əsas fərdi mükafatı ona əsfanəvi həmyerlisi Andreas İnyesta təqdim edib.

Mükafatın tarixində yeddinci dəfədir ki, qalib qadın “Barselona” futbolçusu olur və bunların beşi ardıcıl qazanılıb. Daha əvvəl Aleksia Putelyas bu mükafata iki dəfə layiq görülmüşdü.