Dünya futbolu

Mourinyo ulduz hücumçunu Avropaya qaytarır: “Real”da birlikdə çalışıblar

Fransalı hücumçu Karim Benzemanın karyerası yenidən Avropada davam edə bilər.

Aut.az xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən forvard Portuqaliyanın “Benfika”sına keçə bilər.

37 yaşlı futbolçunun transferində yeni baş məşqçi Joze Mourinyo şəxsən maraqlıdır. Portuqaliyalı mütəxəssis Benzema ilə əvvəllər “Real”da birgə çalışıb və onun təcrübəsini “qırmızılar” üçün vacib hesab edir.

Məlumatda qeyd olunur ki, “Əl-İttihad” hücumçunu yaxın qış transfer pəncərəsində 5-7 milyon avroya buraxmağa hazırdır.

Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində 2 oyuna çıxıb və 3 qol vurub. Fransanın əsas millisində isə o, 97 görüşdə meydana çıxaraq 37 dəfə fərqlənib.

Aut.az