Hokkey

Əfsanəvi qapıçı öldü

“Filadelfiya Flyers” ilə iki dəfə Stenli Kubokunun qalibi (1974, 1975) olan əfsanəvi xokkey qapıçısı Bernard Parent 81 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, Bernard dövrünün ən dominant qapıçılarından biri idi. O, NHL tarixində iki dəfə (1974, 1975) pley-offun ən dəyərli oyunçusu olaraq “Conn Smythe Trophy” qazanan yeganə qapıçıdır. O, həmçinin liqanın ən yaxşı qapıçısı kimi iki dəfə (1974, 1975) “Vezina Trophy” qazanıb və beş dəfə “All-Star” olub.

1984-cü ildə Hokkey Şöhrət Zalına seçilən ilk “Flyers” oyunçusu olub. Karyerasını bitirdikdən sonra on ildən çox müddətə “Filadelfiya”da qapıçı məşqçisi kimi çalışıb.

Aut.az