“Yunayted”in əfsanəsi FİFA və UEFA-ya səsləndi: İsraili qovun
“Mançester Yunayted”in və Fransa yığmasının sabiq futbolçusu Erik Kantona Rusiyanı misal gətirərək FİFA və UEFA-nı İsrail komandalarını beynəlxalq yarışlara buraxmamağa çağırıb.
Aut.az “Haaretz” nəşrinə istinadən xəbər verir ki, Kantona bu barədə Londonda “Fələstin naminə birlikdə” xeyriyyə tədbirində deyib.
“Ukraynaya hərbi müdaxilə başlayandan dörd gün sonra FİFA və UEFA Rusiyanı dayandırdı. Artıq “Amnesty İnternational”ın İsrailin hərəkətini soyqırımı adlandırmasından 716 gün keçir. Amma İsrail hələ də beynəlxalq yarışlarda iştirak edib. Niyə ikili standartlar hökm sürür?
FIFA və UEFA İsrail komandalarını qovmalıdır. Klublar və futbolçular İsrail komandaları ilə oynamaqdan imtina etməlidirlər”, – Kanatona deyib.
Aut.az
