Azər Həşimov: “Legionerlərin bəziləri potensialından aşağı çıxış edir”
“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində Şamaxı şəhər stadionunda “İmişli”yə 0:3 hesabı ilə məğlub olub.
Aut.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keeçirilən mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb:
– Niyə məğlub olduz?
– Ötən turlarda olduğu kimi yenə standart vəziyyətdən qol buraxdıq. Daha sonra rəqib əks-hücumda ikinci qolu vurdu. Fasiləyə məğlub durumda yollandıq. Çalışsaq da, geridönüş edə bilmədik.
– Mikels zədələnəndən sonra oyununuz alınmır sanki. Onun yoxluğu hiss olunur?
– Bizim üçün önəmli futbolçudur. Bu gün hücum xəttində Uğur Cahangirov oynayırdı. Hələ gəncdir, Mikels kimi təcrübəli futbolçu deyil deyə, hücumda biz az çətinliklər yaşayırıq.
– Legionerlərin performansından razısız?
– Hələ 5 oyun oynamışıq. Bəziləri bir az potensialından aşağı çıxış edir. Gələcəkdə daha yaxşı olacaqlar. 3-4 legioner futbolçu var ki, onlardan tam istədiyimizi ala bilmirik.
– Araz Abdullayevin oynamamasının səbəbi nədir?
– Zədəsi var. Məşqdə arxa əzələsindən zədə alıb. Müalicəsi davam edir. Qapıçımız da zədəlidir. Onlar sağalandan sonra daha yaxşı nəticələr göstərməyə çalışacağıq.
– Nə dəyişməlidir ki, komanda yaxşı nəticələr göstərsin?
– Üç oyundur standart vəziyyətdən qol buraxırıq. Futbolçulara tapşırıq versək də, yenə qol buraxdıq. Bunun üzərində daha çox işləyəcəyik.
– Yevlax şəhər stadionu nə vaxt hazır olacaq?
– AFFA-dan gəlib stadiona baxdılar. Bəzi məslələr var ki, mənə aid deyil. Biz də öz meydanımızda oynamaq istəyirik. Stadion tam hazır olandan sonra öz azarkeşlərimizin qarşısında oynayacağıq
