Kateqoriyasız

Yamalın onlara qarşı oynamadığına görə üzülür: Təəssüf ki…

“Nyukasl”ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Barselona”ya qarşı keçirəcəkləri ev oyunu öncəsi gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, o, qonaqların 18 yaşlı yarımmüdafiəçisi Lamin Yamalin zədə səbəbindən iştirak etməyəcəyinə ayrıca toxunub.

“Bu tarixi hadisədir. Püşkü görəndə sehrli hisslər yaşadım. Biz diqqətimizi taktikalara yönəltdik. Qarşıda əla bir oyun var, səbirsizliklə gözləyirəm.
Təəssüf ki, Yamal oynaya bilməyəcək, belə futbolçunu izləməmək üzücüdür. Amma “Barselona”nın cinahlarda başqa istedadlı oyunçuları da var.
“Barselona” oyun üslubuna görə çox güclü komandadır. Onlar topu inamla idarə edirlər və çox sürətli cinahlara sahibdirlər. Bu isə o deməkdir ki, biz topsuz oyunda çox keyfiyyətli çıxış etməliyik”.

Qarşılaşma bu gün Nyukaslda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Aut.az