İspaniya

“Real”ın şikayəti rədd edildi

İspaniya Futbol Kral Federasiyasının (RFEF) İntizam Komitəsi  “Real”ın müdafiəçi Din Höysenlə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Futbolçu La Liqanın 5-ci turunda “Espanyol”a qarşı oyunu buraxacaq.

Xatırladaq ki, Höysen “Real Sosyedad”la matçın 32-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almışdı. Bundan sonra “kral klubu” FIFA-ya müraciət etməyə hazır olduqlarını bildirmişdi. Şikayətdə madridlilər ötən mövsümdə və cari mövsümdə İspaniya futbolunda hakimliklə bağlı baş verən hadisələri sadalamaq niyyətində idi.

Aut.az