Zidanla razılığa gəlindi
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi postuna təyinatla bağlı razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Zidan 2026-cı il dünya çempionatının ardından Didye Deşamı əvəz edəcək.
O, “Real”ı 2016–2018 və 2019–2021-ci illərdə çalışdırıb. Həmin dövrdə “kral klubu” onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu və iki dəfə də İspaniya Superkubokuna sahib çıxıb.
Aut.az
