Rəqibə tüpürməyin cəzası: 57 min dollar – VİDEO
Amerika futbolu üzrə ulduz müdafiəçi Ceylen Karter (“Filadelfiya İqlz”) rəqib oyunçuya qarşı kobud hərəkətinə görə diskvalifikasiya alıb.
Aut.az NFL mətbuat xidmətinə istinadən xəbər verir ki, o, “Dallas Kovboyz”un kvoterbeki Dak Preskotta tüpürdüyünə görə bir oyunluq cəza ilə üzləşib.
Liqa açıqlayıb ki, Karter matçın ilk epizodunda diskvalifikasiya edildiyi üçün bu cəza artıq həmin görüşdə hesablanıb. Bu səbəbdən müdafiəçi ikinci turda “İqlz”in heyətində “Kanzas-Siti Çifs”ə qarşı oynaya biləcək.
Hadisə oyunun 6-cı saniyəsində baş verib. Epizodun təkrarları göstərib ki, əvvəlcə Preskott Karterin istiqamətinə tüpürüb, lakin birbaşa üzünə yox. Karter isə cavab olaraq bunu açıq şəkildə rəqibin üzünə edib.
Görüşdən sonra futbolçu hərəkətinə görə üzr istəyib və bunu səhv adlandırıb. NFL-in davranış kodeksinə görə, idmançılara qarşı hörmətsizlik cəzasız qalmır. Karter eyni zamanda 57 min dollar cərimə edilib.
Aut.az
Jalen Carter is ejected after an unsportsmanlike penalty. pic.twitter.com/T0P3PN6yTQ
— Sunday Night Football on NBC (@SNFonNBC) September 5, 2025
